Parça döşəmə plov
Qoyun əti–221 q, düyü–150 q, əridilmiş yağ–50 q, kişmiş–30 q, ərik qurusu –25 q, şabalıd–50 q, zəfəran–1 q, zirə–0,1 q, baş soğan–20 q, darçın–0,1 q, istiot– 0,1 q, duz
Qoyun əti bütöv tikə şəklində qovurulur və sümükdən ayrılır. Yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, zirə və bulyon əlavə edilib hazır vəziyyətə gətirilir. Ayrıca bişirilmiş düyü boşqaba təpəcik şəklində tökülür, üstünə qoyun əti, şabalıd və qazmaq qoyulur. Yağ tökülüb darçın səpilir.